...

Azərbaycanın futbol üzrə yığma komandası Bosniya və Hersoqovina ilə oynayacaq

Cəmiyyət Materials 23 Aprel 2008 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandası 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) mətbuat xidmətindən çərşənbə günü verilən məlumata görə, almaniyalı baş məşqçi Berti Foqtsun rəhbərlik etdiyi yığma komanda iyunun 1-də səfərdə Bosniya və Hersoqovina millisi ilə görüşəcək.

Bu, Azərbaycan yığma komandasının 2008-ci ildə keçirəcəyi dördüncü yoxlama oyunu olacaq. İlk oyununu Antalyada Qazaxıstana qarşı keçirən (0:0) seçmə komanda ikinci yoldaşlıq oyununda Vilnüsdə Litva millisiylə qarşılaşıb (0:1).

Azərbaycan yığma komandası Bosniya və Hersoqovina ilə oyuna kimi Andorra millisi ilə də görüşəcək. Bu oyun may ayında, Andorrada keçiriləcək.

Foqts Azərbaycan yığmasının 2008-ci ildə keçirdiyi iki yoldaşlıq oyununun heç birində komandaya başçılıq etməyib. Antalyadakı matçda komandaya Qyoko Hacievski, Vilnüsdəki görüşdə Nazim Süleymanov rəhbərlik edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti