...

Bakıda tanınmış aktyor Şahmar Ələkbərovun yubileyi qeyd ediləcək

Cəmiyyət Materials 12 May 2008 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /müx. TrendLife Eldar Hüseynzadə

Tanınmış aktyor, xalq artisti Şahmar Ələkbərovun bu il 65 yaşı tamam olur. Bu gün ilə əlaqədar Dövlət Film Fondu geniş tədbir hazırlamağı planlaşdırır. Bu haqda TrendLife-a Dövlət film fondunun direktoru Cəmil Quliyev xəbər verib. Şahmar Ələkbərov "Babək", "Nizami", " Qatır Məmməd" kimi tanınmış filmlərdə çəkilib. Tədbirdə həmçinin Ş. Ələkbərovun çəkildiyi filmlərdən foto şəkilləri də nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti