...

Azərbaycanın sərbəst güləşçiləri İrana yola düşüblər

Cəmiyyət Materials 20 May 2008 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın sərbəts güləş üzrə gənclərdən ibarət yığma komandası İranın Arak şəhərində keçirilən beynəlxalq turnirdə iştirak etmək üçün bu ölkəyə yollanıb. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti bildirib.

İrana yola düşən heyətdə 10 güləşçi yer alıb. Turnirin qızıl medalları uğrunda Avropa çempionu və gənclər arasında dünya birinciliyinin üçüncüsü olmuş Cəbrayıl Həsənovla ( 66 kq) yanaşı, Xanlar Şirəliyev ( 50 kq), Məhəmmədəli Binnətov ( 55 kq), Etimad Qurbanov ( 60 kq), Ramil Ələkbərov ( 60 kq), Ağaəli Ramazanov ( 60 kq), Pərviz Məmmədov ( 74 kq), Ruhid Əzimov ( 74 kq), Roman Bəkirov ( 84 kq) və Səbuhi Məmmədov ( 96 kq) mübarizə aparacaq.

Turnir mayın 24-dək davam edəcək.

Azərbaycanın sərbəst güləş yığmasına turnirdə məşqçilər Arif Abdullayev və İlqar Abdullayev rəhbərlik edəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti