...

Azərbaycanda 26 dövlət orqanı üzrə vakant vəzifələrə elan olunmuş müsabiqə yekunlaşıb

Cəmiyyət Materials 24 May 2008 10:56 (UTC +04:00)

Azərbaycan,Bakı,24 may / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda 26 dövlət orqanı üzrə vakant vəzifələrə elan olunmuş müsabiqə yekunlaşıb.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend -a bildirilib ki, 324 namizəddən 113-ü bu mərhələni uğurla başa vurub və müvafiq vəzifələrə təyin olunmaq üçün dövlət orqanları rəhbərlərinə təqdim edilib. Daha çox Dövlət Miqrasiya Xidməti (21), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (10), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (8) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadakı (7) vakant dövlət qulluğu vəzifələri tutulub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindəki vakant yerlər üçün müsabiqədə iştirak etmiş namizədlərin heç biri söhbətdən keçə bilməyib.

Bu il fevralın 8 - də Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 29 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 476 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Müsabiqədə iştirak etmək üçün 1717 (75%-i kişi, 25%-i isə qadın) nəfərin namizədliyi qeydə alınıb.

Müsabiqənin test imtahanı mərhələsi bu il martın 19-da keçirilib və bu mərhələdə uğur qazanmış 324 namizəd (18.87%) üçün söhbət mərhələsi aprelin 9-da başlanıb və mayın -23 - də yekunlaşıb.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 9 yerə qarşı qeydə alınmış 12 namizəddən, Dövlət Statistika Komitəsi üzrə 17 yerə qarşı qeydə alınmış 21 namizəddən və Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə isə, 23 yerə qarşı qeydə alınmış 15 namizəddən heç biri test imtahanından keçə bilməyib.Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti