...

Avropa çempionatında iştirak edəcək Azərbaycan gimnastlarının adları məlum olub

Cəmiyyət Materials 2 İyun 2008 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın bədii gimnastika üzrə yığma komandası 5-7 iyun aralığında İtaliyanın Turin şəhərində keçiriləcək Avropa çempionatına hazırlığını başa çatdırmaq üzrədir. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinin rəhbəri Şahin Kazımzadə məlumat verib.

Fərdi turnirdə Azərbaycanı Pekin Olimpiadasında iştirak edəcək Aliyə Qarayeva və Dinarə Gimataova təmsil edəcəklər. Anna Qurbanova isə Avropa çempionatına ehtiyatda qalan gimnast kimi qatılacaq. Azərbaycanlı gimnastlar Rusiya, Ukrayna, Belarus və Bolqarıstan idmançılarının yer aldığı A qrupunda mübarizə aparacaqlar.

Azərbaycanı yuniorlar arasında keçiriləcək yarışda Samirə Mustafayeva ilə Nigar Əbdülsəlimova təmsil edəcək. Qrup komandaları arasındakı yarışda isə Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət kvintet mübarizə aparacaq.

Bədii gimnastika üzrə çempionatda Avropanın 31 ölkəsindən 21 senior, 100 junior və 16 qrup iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti