...

Azərbaycanın "Qarabağ" futbol klubu keçmiş oyunçusunu geri qaytarıb

Cəmiyyət Materials 27 İyun 2008 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubu keçmiş oyunçusu Namiq Yusifovu geri qaytarıb. Bu barədə cümə günü Trend -a "Qarabağ" klubunun mətbuat xidməti məlumat verib.

Yarımmüdafiəçi mövqeyində çıxış edən Yusifov futbol üzrə 2007-2008-ci il mövsümündə "Neftçi" klubunda forma geyib. O, "Qarabağ"dan "Neftçi"yə icarə əsasında keçmişdi.

Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, "Qarabağ"a baxışa dəvət olunan iki gürcüstanlı futbolçu geri göndərilib. Komandanın baş məşqçisi Rasim Kara hücumçu Levan Melkadze ilə Tengiz Çixudzeni bəyənmədiyi üçün onlarla müqavilə bağlanmayıb.

"Qarabağ" bu gün "Simurq" klubu ilə "Şəfa" stadionunda yoxlama oyunu keçirəcək. Oyun saat 17.30-da başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti