...

Müğənni Könül Kərimovanın konserti təxirə düşüb

Cəmiyyət Materials 8 İyul 2008 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul /müx.TrendLife Şahin Cavadsoy/

Bu gün "Yaşıl Teatr" Bakı Konsert Kompleksində müğənni Könül Kərimova "Məndən xəbər alın" adlı solo-konsertlə çıxış etməli idi. Amma havaların qəfildən soyuması, müğənninin arzusunu ürəyində qoyub. Konsertin nə səbəbdən təxirə düşməsini, təşkilatçısı - "RA production"ın rəhbəri Rəşad Ani bu cür izah etdi: "Şəhərdə belə bir söz-söhbət yayılıb ki, müğənni Röya Ayxanın 5-7 iyul tarixlərində Yaşıl Teatrda konsertlə çıxış etməsi, Könül xanımın solo-proqramının keçirilməsinə maneə yaradıb. Xeyr, bu fikir qətiyyən düzgün deyil. Tədbirin təxirə düşməsinin əsas səbəbi havaların anidən soyuqlaşması oldu. Sinoptiklərin verdiyi məlumatda bildirilir ki, hələ üç gün davamlı olaraq Bakıda güclü küləklə bərabər, yağış yağmaq ehtimalı da çoxdur. Buna görə də təşkilatçı olaraq konserti iyulun 23-nə qədər təxirə saldıq. Əminik ki, bu tarixdə hava şəraiti əlverişli olacaq və Könül Kərimovanın parəstişkarları onu tək qoymayacaq".

Xəbər lenti

Xəbər lenti