Azərbaycan, Bakı, 21 iyul /müx.TrendLife Şahin Cavadsoy/
"Uşaqların müdafiəsinə təkcə 1 iyun Beynəlxalq Uşaq günündə qalxmaq lazım deyil. Övladlarımızın qayğısına qalmaq, bir vətəndaş kimi hər birimizin əsas vəzifəsi olmalıdır"-bu sözlər bəstəkar-müğənni Elza Seyidcahanın dilindən səsləndi. TrendLife-a danışan Seydcahan, nə səbəbdən bu cür çıxış etməsinə bu cür aydınlıq gətirdi: "Bu yaxınlarda Hollandiyanın Amsterdam şəhərində əməkdar artist Azərinlə birgə möhtəşəm konsert proqramı ilə çıxış etmişdik. Konsertdən sonra Amsterdamın gəzməli-görməli yerlərini gəzməyə getdik. Amma oradakı dostlarımdan biri məni uşaq evinə apardı. İnanın uşaqların danışdığı dili başa düşməsəm də onlarla çox yaxşı ünsiyyət qurdum. Mənə məlumat verdilər ki, Hollandiyada uşaq ölümünün sayı hər il durmadan artır. Bu fakt təkcə bu ölkədə baş vermir. Dünyanın dörd bir yanında, o cümlədən Azərbaycanda da uşaqlar müəyyən səbələr üzündən dünyalarını dəyişirlər. Qərara gəlmişəm ki, uşaq ölümünü pisləyən bir himn yazım. İndi bir neçə şairlə danışıqlar gedir. Sözlər hazır olandan sonra, himni öz ifamda dinləyicilərə təqdim edəcəyəm".