...

Azərbaycan Uşaq Simfonik Orkestri Almaniyada konsert proqrammı ilə çıxış edəcək

Cəmiyyət Materials 31 İyul 2008 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

Azərbaycan Uşaq Simfonik Orkestri Almaniyada Azərbaycan Günləri çərçivəsində keçirilən konsert proqramında ilə çıxış edəcək. Bu haqda TrendLife-a mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xəbər verib. "Belə istedadlı kollektivin olması bizə gələcəyə daha da böyük ümidlərlə baxmağa imkan verir. Bu uşaqlarla işləmək üçün biz Almaniyada təhsil almış dirjor Fuad Kərimovu dəvət etmişik",-deyə Ə. Qarayev qeyd edib. Azərbaycanda Uşaq Simfonik Orkestri iki ildir ki, fəaliyyət göstərir və çox fəal şəkildə xaricdə qastrol səfərlərində iştirak edir. Yerigəlmişkən onlar mayın 28-i Respublika Günündə Fransada konsert proqramı ilə çıxış ediblər.

Müəlliflə əlaqə yaratmaq üçün elektron ünvan: [email protected] .

Xəbər lenti

Xəbər lenti