...

Azərbaycanın "Xəzər-Lənkəran" klubunun "Beşiktaş"la oyununda qələbə vacib olmayacaq – baş məşqçi

Cəmiyyət Materials 15 Avqust 2008 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / Trend , müxbir R.Ergün/ Bu gün Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubu Türkiyənin məşhur "Beşiktaş" komandası ilə yoldaşlıq oyunu keçirmək üçün İstanbula yola düşüb.

"Xəzər-Lənkəran"la "Beşiktaş"ın yoldaşlıq görüşü keçirməsinin səbəbi hər iki klubun keçmiş oyunçusu sayılan Oktay Dərəlioğlunun futbolçu karyerasını başa vurmasıdır. "Beşiktaş" klubunun "İsmət İnönü" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.

"Xəzər-Lənkəran"ın türkiyəli baş məşqçisi Rasim Kara Trend -a bildirib ki, "Beşiktaş"la oyunda əsas məqsəd qələbə qazanmaq olmayacaq. "Belə bir görüşdə qələbə qazanmaq vacib deyil. Əsas odur ki, Dərəlioğlunun vida oyunu dostluq şəraitində keçsin", - deyə baş məşqçi əlavə edib.

Dərəlioğlu vida oyununun bir hissəsini "Xəzər-Lənkəran"ın, bir hissəni də "Beşiktaş" klubunun heyətində keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti