...

Azərbaycanın "Neftçi" futbol klubu Türkiyədə iki oyun keçirəcək

Cəmiyyət Materials 4 Sentyabr 2008 16:21 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubu Türkiyədə iki yoxlama oyunu keçirəcək. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.

Azərbaycan klubu Türkiyəyə sentyabrın 6 - da yola düşəcək.

Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçəcək "Neftçi" sentyabrın 10-da və 15-də yoxlama oyunlarında gücünü sınayacaq.

"Neftçi"nin oynayacağı rəqib komandalarla bağlı məlumat verilmir.

"Neftçi" komandasının baş məşqçisi almaniyalı Hans Yurgen Gededir. O, baş məşqçi vəzifəsində bir neçə gün əvvəl ukraynalı Anatoli Demyanenkonu əvəz edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti