Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir R.Ergün/ İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə Avropa çempionatında azərbaycanlı boksçular çıxışlarını davam etdirirlər.
Azərbaycanı təmsil edən üç idmançı - Elçin Əlizadə ( 91 kq), Famil Süleymanov ( 60 kq) və Fərhad Acalov ( 64 kq) Avropa çempionatının mükafatçıları sırasına düşmək uğrunda mübarizə aparır. Digər iki idmançı ilə müqayisədə Süleymanov medal qazanmağa daha yaxındır. O, artıq yarışın 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Avropa çempionatında Azərbaycanı təmsil edən idmançılardan ikisi - Samir Məmmədov ( 54 kq) və Emil Məhərrəmov ( 69 kq) isə artıq məğlub olaraq mübarizəni dayandırıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]