...

İranın böyük mədəniyyət sarayında Azərbaycan aşıqlarının musiqi konserti keçiriləcək

Cəmiyyət Materials 21 Noyabr 2008 17:53 (UTC +04:00)

İran Azərbaycanın tanınmış  aşığı Çingiz Mehdipurun rəhbərlik etdiyi Dalğa" Musiqi Qrupu ""Sarı gəlin" adlı konsert proqramı ilə  Tehranın  ən böyük mədəniyyət sarayında çıxış edəcək.

İranın İSNA agentliyinin məlumatına əsasən, əvvəllər İranda və dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış etmiş qrup bu dəfə Azərbaycan folklor musiqisinə müraciət edib və onu müasir  təfsirdə təqdim etməyi düşünüb.

Qopuz ifaçıları Çingiz və Fərrux Mehdipur qardaşları, balaban ustası Cəlil Həmidi, qaval ustası Məcid Rəhimipur konsertdə çıxış edəcəklər. Proqramda aşiq Məhbub Xəlili və Əli Novruzinin ifaları da nəzərdə tutulur.

Konsert noyabrın 24 - 25 -də  "Vəhdət" Mədəniyyət Sarayında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti