...

Azərbaycanın TREND və Rusiyanın RİA Novosti İnformasiya Agentlikləri Tərəfdaşlıq Sazişi imzalayıblar (video)

Cəmiyyət Materials 25 Dekabr 2008 18:12 (UTC +04:00)
Azərbaycanın TREND və Rusiyanın RİA Novosti İnformasiya Agentlikləri Tərəfdaşlıq Sazişi imzalayıblar (video)

Azərbaycan, Bakı, 25 dekabr/ Trend /Azərbaycanın TREND İnformasiya Agentliyi və Rusiyanın RİA Novosti Beynəlxalq İnformasiya Agentliyi dekabrın 25-də Bakıda tərəfdaşlığa dair müqavilə imzalayıblar.

Sənəd TREND İnformasiya Agentliyinin Baş direktoru İlqar Hüseynov və RİA Novosti-nin Baş direktor müavini Aleksandr Babinski tərəfindən Trend-in ofisində imzalanıb.

Saziş, informasiya və multimedia sahələrində əməkdaşlığı, jurnalist işi təcrübəsi ilə tanışlığı nəzərdə tutur.

TREND News Agentliyi - 1995-ci ildə Azərbaycanda yaradılmış özəl beynəlxalq informasiya agentliyidir.

TREND News-un onlayn-xəbərlər buraxılışları ingilis, rus, fars və ərəb dilləri daxil olmaqla beş dildə nəşr olunur və www.trendaz.com veb-portalında yerləşdirilir. TREND News abunəçilərə yüksək keyfiyyətli video və foto materialları, həftənin, ayın, ilin əsas siyasi, iqtisadi hadisələrini özündə birləşidən anaitik məhsullar və agentliyin ekspertlərinin iqtisadi məqalələrini təqdim edir.

2006 və 2007-ci illərin yekunları üzrə TREND News İnformasiya Agentliyi "Azərbaycanın kütləvi informasiya vasitələri" nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb. 2008 - ci ildə TREND Agentliyi " XI Avrasiya Teleforumu çərçivəsində "İnformasiya tərəfdaşlığının uğurlu media-menecmentinə görə" nominasiyasında "Avrasiya İnternet-məkanda" xüsusi elektron KİV müsabiqəsinin qalibi olub.

Rusiyanın RİA Novosti beynəlxalq informasiya agentliyi Rusiyada aparıcı multimedia informasiya agentliyidir. Mətnlər, fotoşəkillər, infoqrafika, audio, video, animasiya və karikatura - bütün bu müasir və ənənəvi formatlar Rusiyadakı və xaricdəki hadisələri operativ işıqlandırmaq üçün agentlik tərəfindən geniş istifadə olunur. Agentliyin 2008-ci ilin yanvarında işə salınmış müasir multimedia nyusrumunun Rusiyada analoqu yoxdur və xəbər informasiyalarının ən qabaqcıl yığım, emal və buraxılış texnologiyalarının vəhdətidir.

RİA Novosti-nin nümayəndəlikləri və müxbir məntəqələri, MDB və Baltika ölkələri də daxil olmaqla, 40-dan çox ölkədə yerləşir. RİA Novosti Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovada milli və rus dilində informasiya istehsal edən yerli informasiya agentlikləri ilə sıx əməkdaşlıq edir. RİA Novosti-nin Rusiyadakı regional şəbəkəsi yalnız müxbirlər və müxbir məntəqələrini deyil, həm də regional press-meydançaları özündə birləşdirərək, 50-dən çox şəhəri əhatə edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti