...

Azərbaycanlı şahmatçı superturnirdə növbəti dəfə heç-heçə edib

Cəmiyyət Materials 19 Yanvar 2009 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Hollandiyanın Veyk-an-Ze şəhərində keçirilən "Corus" superturnirinin ikinci turunda heç-heçə edib.

Rəcəbov ikinci turda ermənistanlı Levon Aronyanla görüşüb, hesab 0,5:0,5 olub.

Bu, azərbaycanlı şahmatçının turnirdə qələbə qazana bilmədiyi ikinci görüş olub. O, ilk turda norveçli Maqnus Karlslenlə görüşərək, yarım xal qazanıb.

"Corus" superturnirinin iki turundan sonra azərbaycanlı şahmatçının hesabında 1 xal var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti