...

Nəriman Nərimanovun Tbilisidəki Ev -  Muzeyi bərpa olunacaq

Cəmiyyət Materials 23 Yanvar 2009 20:42 (UTC +04:00)
Nəriman Nərimanovun Tbilisidəki Ev -  Muzeyi bərpa olunacaq

Azərbaycan, Bakı, 23 yanvar/ Trend , müxbir E.Rüstəmov/

Azərbaycanın görkəmli dövlət xadimi Nəriman Nərimanovun Tbilisidəki Ev - Muzeyi bərpa olunacaq.

Cümə günü Bakıda Azərbaycan və Gürcüstan arasnda müvafiq dövlətlərarası saziş imzalanıb.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin məlumatında bildirilir ki, sənəd, Gürcüstan tərəfindən Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman naziri Nikoloz Rurua, Tbilisi şəhərinin meri Qiqi Uqulava və "Apollo Q.S." şirkətinin direktoru Şota Yevgenidze, Azərbaycan tərəfindən isə Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev tərəfindən imzalanıb.

Nəriman Nərimanovun Ev - Muzeyi ötən ilin dekabrında, muzeyin yerləşdiyi Mirzə Şəfi Vazeh küçəsində xarici şirkətlərdən birinin apardığı tikinti işləri zamanı dağılıb.

Nərimanov Nəriman Kərbəlayi Nəcəf oğlu (1870-1925) - görkəmli dövlət xadimi və yazıçıdır. 1905-ci ildən Bolşevik Partiyasının üzvü olub.  Oktyabr inqilabının qələbəsindən sonra Zaqafqaziyada Sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparıb. 1920-ci ildə Azərbaycan Hərbi İnqilab Komitəsinin sədri olub. 1921-ci ildə Azərbaycan SSR-nin Xalq Komissarları Şurasının sədri seçilib. 1922-ci ildə ZSFSR İttifaq Şurasının sədri, SSRİ MSK-nın sədrlərindən biri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı-   [email protected]

Xəbər lenti

Xəbər lenti