...

Azərbaycanın "İnter" klubu Latviya yığmasının futbolçusu ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 12 Fevral 2009 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın "İnter" klubu Latviya yığmasının futbolçusu Vladimirs Kolosniçenko ilə müqavilə bağlayıb. Bu barədə cümə axşamı Trend -a "İnter" klubunun mətbuat xidməti məlumat verib.

29 yaşlı futbolçu iki gündən sonra startı veriləcək Azərbaycan Premyer-Liqasının ikinci dövrəsinin sonuna kimi "İnter"in heyətində çıxış edəcək.

"İnter" Premyer-Liqanın birinci dövrəsindən sonra 31 xalla birinci yerdədir.

Azərbaycan Premyer-Liqasının sonuncu qalibi olan komandanın baş məşqçisi ukraynalı Valentin Xodukindir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti