...

Karate üzrə Avropa çempionatında Azərbaycanı 8 idmançı təmsil edəcək

Cəmiyyət Materials 4 May 2009 10:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may / Trend , müxbir A.Hüseynbala/ Mayın 8-dən 10-dək Zaqrebdə WKF versiyası üzrə böyüklər arasında karate üzrə Avropa çempionatı keçiriləcək.

Trend -un məlumatına görə, kumite üzrə yarışlarda Azərbaycanı 8 idmançı təmsil edəcək.

Onlar Nərgiz Mehtiyeva (55 kiloqram), Cəmilə Məmmədova (60 kiloqram), Niyazi Əliyev (67 kiloqram), Rafael Ağayev (75 kiloqram), Amal Atayev (84 kiloqram), Famil Səfiyev (84 kiloqramdan yuxarı) təmsil edəcək. Kata yarışlarında isə Adilə Qurbanova və Elçin Məmmədov qatılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti