...

Bakının "İnter" klubu Slovakiya "Spartak"ı ilə oyunda məğlub oldu

Cəmiyyət Materials 9 İyul 2009 21:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir N.İsmayılova /

Bakının "İnter" klubu Slovakiya "Spartak"ı ilə Avropa Liqasının ilk təsnifat mərhələsinin cavab oyununda 1:3 hesabı il əməğlub oldu.

"Spartak"ın qapısından ilk qolu 11-ci dəqiqədə 7 nömrəli futbolçu Qutyerres keçirib.

34-cü dəqiqədə Şukennik hesabı bərabərləşdirib, 39-cu dəqiqədə Kojux ikinci qolu vurub. Üçüncü qolu Proxazka 47-ci dəqiqədə vurub.

"İnter"in heyəti: Vilson, Assioli, Abbasov, İsmayılov, Şükürov, Çervenka, Zlatinov, Qutyerres, Çertoqanov, Hüseynov, Quqlemon.

"Spartak"ın heyəti: Kraly, Dolejay, Proxazka, Dupiş, Kojux, Kopyunek, Hruşka, Hanjel, Kotula, Amdi, Şukennik.

Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Baş hakim: Ante Vuçemiloviç-Şimunoviç (Xorvatiya).

Xəbər lenti

Xəbər lenti