...

Azərbaycan Ombudsmanı nəqliyyat nazirinə müraciət edib

Cəmiyyət Materials 15 Sentyabr 2009 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı,15 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycan Ombudsmanı nəqliyyat naziririnə müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, məktubda Ombudsman Elmira Süleymanova son vaxtlar Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən qanun pozuntularına yol verilməsindən təəssüfləndiyini bildirib.

Ombudsman bu halların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, əməkdaşlara hüquq və vəzifələrini, səlahiyyətlərini, qanun və qaydaları izah etməklə onlar üçün maarifləndirmə tədbirlərinin aparılmasını, belə hallara yol vermiş əməkdaşların intizam qaydasında cəzalandırılmasını, Nəqliyyat Müfəttişliyi işçilərinin qanun çərçivəsində fəaliyyət göstərməsini nəzarətdə saxlamağı və görülmüş tədbirlər barəsində məlumat verməyi nazir Ziya Məmmədovdan xahiş edib.

Raya Əmirquliyeva Ombudsman Aparatına şikayət edərək oğlu Mehman Əmirquliyevin Nəqliyyat Nazirliyi Yol Nəqliyyatı Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən döyüldüyünün bildirib. Ərizəçi həmin döyülmə faktının videoyazısını müraciətinə əlavə edib.

Mətbuat xidmətinin məlumatında bildirilir ki, Nəqliyyat Müfəttişliyinin və "Azəryolservis" ASC-nin əməkdaşları dövlət nömrə nişanlarını avtomobillərin üzərindən açır, avtomobilə və sürücüyə məxsus sənədləri götürür, sürücülərə qarşı fiziki güc tətbiq edərək döyür, təhqir edir, qanunla nəzərdə tutulmuş səlahiyyətlərini aşırlar ki, bu da sürücülərin haqlı narazılığına səbəb olur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti