...

Azərbaycan məhkəməsi iki jurnalisti cəzalandırıb

Cəmiyyət Materials 7 Oktyabr 2009 13:30 (UTC +04:00)
"Xəzər Lənkəran"ın prezidentinin iki jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsi üzrə məhkəmə prosesi başa çatıb.
Azərbaycan məhkəməsi iki jurnalisti cəzalandırıb

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

"Xəzər Lənkəran"ın prezidentinin iki jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsi üzrə məhkəmə prosesi başa çatıb.
Nəsimi rayon məhkəməsinin qərarı ilə "Fanat.az"ın köşə yazarı Natiq Muxtarlı 1 il islah işlərinə cəlb olunub. Məhkəmənin qərarı ilə Natiq Muxtarlının aylıq məvacibindən 20 faiz tutularaq, ləkələnmiş ictimai nüfuz, şərəf və ləyaqətinin bərpa olunması üçün "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimova ödəniləcək.

"Qaynar.info" portalının baş redaktoru və "Fanat.az" saytının layihə rəhbəri Zahir Əzəmət də şərəf və ləyaqəti təqqir edən ifadələrin saytda yayılmasına görə günahkar bilinib və 6 ay islah işlərinə cləb ounub. Onun da məvacibindən 20 faiz tutularaq Mənsmimova ödənilməsi ilə bağlı qərar çıxarılıb.

Jurnalistlər qərardan apellyasiya şikayəti verəcəklərini deyiblər.

Mənsimov iddia ərizəsində Fanat.az-ın köşə yazarı Natiq Muxtarlının yazılarında özünün və ailəsinin şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək, həm müəllifin, həm də saytın layihə rəhbəri Zahir Əzəmətin həbs olunmasını tələb edirdi.

Azərbaycanda hazırda 3 jurnalist həbsdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti