...

İran yeni radioaktiv dərman preparatları istehsal edib

Cəmiyyət Materials 16 Oktyabr 2009 13:17 (UTC +04:00)
İranın Atom Enerjisi Təşkilatının nüvə enerjisi elmi araşdırmalar mərkəzinin sədri Məhəmməd Qənadi bildirib ki, İranın nüvə enerjisi elmi araşdırma mərkəzinin mütəxəssisləri yeni iki radioaktiv dərman preparatı istehsal edib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
İran yeni radioaktiv dərman preparatları istehsal edib

İranın Atom Enerjisi Təşkilatının nüvə enerjisi elmi araşdırmalar mərkəzinin sədri Məhəmməd Qənadi bildirib ki, İranın nüvə enerjisi elmi araşdırma mərkəzinin mütəxəssisləri yeni iki radioaktiv dərman preparatı istehsal edib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Qənadinin sözlərinə görə, həmin dərman preparatları "xərçəng" xəstəliklərində ağrıların azalması məqsədi ilə istifadə oluna bilər.

"Yeni istehsal olunan radioaktiv dərman preparatları "Samaryon 153" və "Renyom 186" adları ilə "xərçəng" xəstələrində sümük ağrılarının azalması məqsədi ilə istifadə olunacaq", -deyə Qənadi deyib.

O əlavə edib ki, "Renyom 186" dərmanı "xərçəng" xəstələrində ağrıların azalması ilə yanaşı, həmin xəstəliyin müalicəsində də istifadə oluna bilər. "Yeni dərman preparatlarının sınaqları həyata keçirilib. Səhiyyə Nazirliyinin rəsmi icazəsi ilə bu preparatların geniş şkildə istehsalına başlayacağıq", - deyə Qənadi deyib.

Qənadi həmçinin bildirib ki, İranın nüvə enerjisi elmi araşdırma mərkəzinin mütəxəssisləri daha bir neçə radioaktiv dərman preparatlarının üzərində çalışırlar və Novruz bayramına qədər həmin dərmanlar haqda da məlumat açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti