...

Əslən azərbaycanlı dünyanın ən çox qol vuran futbolçusu seçilib

Cəmiyyət Materials 16 Oktyabr 2009 17:21 (UTC +04:00)
Bu il dünyanın ən çox qol vuran futbolçu əslən azərbaycanlı, İran vətəndaşı Əli Dayi seçilib. Trend News-un məlumatına görə, bu barədə İranın İRNA xəbər agentliyi cümə günü məlumat yayıb.
Əslən azərbaycanlı dünyanın ən çox qol vuran futbolçusu seçilib

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir T.Cəfərov/

Bu il dünyanın ən çox qol vuran  futbolçu əslən azərbaycanlı, İran vətəndaşı Əli Dayi seçilib. Trend -un məlumatına görə, bu barədə İranın İRNA xəbər agentliyi cümə günü məlumat yayıb.

Bu gün Parisdə dünyanın tanınmış futbolçuları arasında ən çox qol vuranların siyahısı açıqlanıb. İranlı futbolçu Dayi 149 oyunda 109 qolla birinci yeri tutub.

Dayi İran və Asiya futbol tarixinin ən adlı-sanlı futbolçularından biridir. Dayi 1969-ci il martrın 21-də İranın Ərdəbil şəhərində doğulub. Əslən azərbaycanlı olan bu futbolçu beynəlxalq görüşlərdə braziliyalı Pele və macaristanlı Puşkaşdan daha çox qol vurub.

Dayi futbol üzrə İran yığmasının və "Saypa"nın hücumçusu olub. 2007-ci ildə peşəkar karyerasını tamamlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti