...

Gürcüstanda yaşayan azərbaycanlılara gürcü dilinin öyrədilməsi kursları genişləndiriləcək

Cəmiyyət Materials 27 Oktyabr 2009 18:16 (UTC +04:00)
Gürcüstanda yaşayan azərbaycanlılara gürcü dilinin öyrədilməsi kursları genişləndiriləcək. Bu barədə çərşənbə axşamı Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov Gürcüstanın Kvemo-Kartli bölgəsi qubernatorunun müavini Hüseyn Yusifovla görüşdə bildirib.
Gürcüstanda yaşayan azərbaycanlılara gürcü dilinin öyrədilməsi kursları genişləndiriləcək

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir M.Əliyev/

Gürcüstanda yaşayan azərbaycanlılara gürcü dilinin öyrədilməsi kursları genişləndiriləcək. Bu barədə çərşənbə axşamı Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov Gürcüstanın Kvemo-Kartli bölgəsi qubernatorunun müavini Hüseyn Yusifovla görüşdə bildirib.

"DİDK Gürcüstandakı Azərbaycan məktəblərində açılan gürcü dili kurslarının fəaliyyətinin yaxın gələcəkdə daha da genişləndirilməsi ilə aşağı sinif şagirdlərini də kurslara cəlb edəcək", - DİDK-in mətbuat xidmətindən Trend -a bildiriblər.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda, əsasən Kvemo Kartli (Borçalı) rayonunda təxminən 500 min azərbaycanlı yaşayır.

Yusifov bildirib ki, Kvemo-Kartli Qubernatorluğunun təşəbbüsü ilə Gürcüstandakı Azərbaycan məktəblərində gürcü dili üzrə olimpiada keçiriləcək.

Qubernator müavinin sözlərinə görə, Gürcüstan dövləti dekabr ayının əvvələrinə nəzərdə tutulan Gürcüstanda yaşayan Azərbaycanlı Gənclərin Forumunun keçirilməsini dəstəkləyir və tədbirin təşkilinə kömək göstərməyə hazırdır və bildirib ki, Kvemo-Kartli qubernatoru David Kirkitadzenin Azərbaycana səfərə gələcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti