...

Azərbaycanda kütləvi informasiya vasitələrində ilk mənbə ilə işləmək sahəsində nəzərəçarpacaq irəliləyişlər qeydə alınıb

Cəmiyyət Materials 29 Oktyabr 2009 15:26 (UTC +04:00)
“Zərdabi Mətbuat Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək” layihəsi çərçivəsində “Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları” mövzusunda dəyirmi masa keçirib”, - cümə axşamı Trend News-a Zərdabi Mətbuat Mərkəzindən (ZMM) bildirilib.
Azərbaycanda kütləvi informasiya vasitələrində ilk mənbə ilə işləmək sahəsində nəzərəçarpacaq irəliləyişlər qeydə alınıb

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda ötən illərlə müqayisədə kütləvi informasiya vasitələrində ilk mənbə ilə işləmək sahəsində nəzərəçarpacaq irəliləyişlər qeydə alınıb.

"Zərdabi Mətbuat Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı "Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək" layihəsi çərçivəsində "Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları" mövzusunda dəyirmi masa keçirib", - cümə axşamı Trend -a Zərdabi Mətbuat Mərkəzindən (ZMM) bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Layihənin əsas məqsədi Azərbaycanda ilk mənbədən informasiya almaq sahəsindəki vəziyyətin monitorinqini aparmaqdır. "Biz nəticələrlə mütəmadi olaraq müvafiq yerli və beynəlxalq qurumları, ictimaiyyət nümayəndələrini və KİV-ləri tanış edir, jurnalistlərin ilk mənbədən informasiya almalarını stimullaşdırır, onların biliklərinin dərinləşməsinə nail olmaq istəyirik", - mərkəzin rəhbəri Rəhim Hüseynzadə qeyd edib.

Onun sözlərinə görə, layihə çərçivəsində 22 qəzet, 8 informasiya agentliyi və xəbər portalının monitorinqi aparılıb. Seçim zamanı KİV-lərin ölkənin ictimai rəyinə təsir göstərmə və onu formalaşdırma amili əsas götürülüb. "Ötən illərlə müqayisədə KİV-lərdə ilk mənbə ilə işləmək sahəsində nəzərəçarpacaq irəliləyişlər olub. Bununla belə bir sıra problemlər də qalmaqdadır. Onların içərisində ilk mənbədən əldə edilən məlumatların bəzi qəzetlərdə şərhlə təqdim edilməsidir ki, bu zaman oxucu materialın məğzinin nədən ibarət olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. Bir sıra KİV-lərdə müəllifin mövqeyinin xəbər kimi təqdim edilməsi tendensiyası hökm sürür", - Hüseynzadə vurğulayıb.

Mərkəz sədri deyib ki, monitorinq zamanı eyni zamanda müəyyənləşdirilib ki, ölkənin aparıcı KİV-ləri, xüsusən də qəzetlər üçün başqa KİV-lərin materiallarından istifadə faizi yüksəkdir. "Bu isə onlarda sərbəst yaradıcılıq imkanlarının və fərdi xəbər istehsalının aşağı olduğunu söyləməyə əsas verir. İnformasiya agentlikləri və xəbər portallarında isə ilk mənbədən xəbər əldə edilməsi ilə bağlı göstəricilər yüksəkdir", - Hüseynzadə xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti