Azərbaycan, Bakı, 11 noyabr / Trend , muxbir K.Zərbalıyeva/
Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs olunmuş gənclərə hökm oxunub.
Trend -un məlumatına görə, çərşənbə günü Bakı şəhər Səbail rayon məhkəməsinin hökmü ilə Emin Milli 2 il 6 ay və Adnan Hacızadə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Trend -un arayışı: Rəsmi məlumata görə, 2009-cu il iyulun 9-da, saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Milli (Abdullayev) və daha beş nəfər "Lebonese" restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə, onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər.
Onlar xuliqanlıqda (221) və qəsdən sağlamlığa az ağır zərər vurmaqda (127) ittiham olunurlar. Gənclər ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]