...

Azərbaycanın gənclər və idman nazirinin Kubaya səfəri başlayıb

Cəmiyyət Materials 25 Noyabr 2009 11:47 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov noyabr 25-də Kuba Respublikasının İdman, Fiziki Tərbiyə və İstirahət Milli İnstitutunun (Təşkilatı) sədrinin dəvəti ilə Kuba Respublikasına yollanıb.
Azərbaycanın gənclər və idman nazirinin Kubaya səfəri başlayıb

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov noyabr 25-də Kuba Respublikasının İdman, Fiziki Tərbiyə və İstirahət Milli İnstitutunun (Təşkilatı) sədrinin dəvəti ilə Kuba Respublikasına yollanıb.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, nazirin bu ölkəyə səfəri zamanı ölkələrimiz arasında idman sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi, həmçinin "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Kuba Respublikasının İdman, Fiziki Tərbiyə və İstirahət Milli İnstitutu (Təşkilatı) arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanması nəzərdə tutulub.

Səfər çərçivəsində Rəhimovun Kuba Respublikasının gənclər təşkilatının rəhbəri ilə görüşü, dopinqə qarşı mübarizə mərkəzi, beynəlxalq idman məktəbinə səfərləri də gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti