...

Azərbaycanda yenidən qeydiyyat üçün müraciət edən dini icmaların hamısının işinə baxılacaq - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 24 Dekabr 2009 13:44 (UTC +04:00)
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bəyan edib ki, yenidən qeydiyyat üçün müraciət edən dini icmaların hamısının işinə baxılacaq.
Azərbaycanda yenidən qeydiyyat üçün müraciət edən dini icmaların hamısının işinə baxılacaq - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir T.Cəfərov/

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bəyan edib ki, yenidən qeydiyyat üçün müraciət edən dini icmaların hamısının işinə baxılacaq.

"Müraciət edən dini icmaların heç birinin sənədlərindən imtina olunmayıb, amma bəzilərinin sənədlərində çatışmamazlıqlar var. Bildirmişik ki, çatışmayan sənədləri təkmilləşdirsinlər", - Trend -un məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

Trend -un arayışı: Azərbaycan Parlamentinin ötən sessiyasında "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib.

Əlavələrə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur. Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər. İlin sonuna kimi dini qurumlar yenidən dövlət qeydiyyatından keçməlidir.

Azərbaycanda 2008-ci ildə 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə də ölkədə fəaliyyət göstərən dini qurumların sayı 534-ə çatıb.

Orucov deyib ki, hazırda komitədə qeydiyyat üçün 300 icmanın sənədlərinə baxılır, 100-ə yaxın icmanın da sənədlərinə Qafqaz Müsəlmanların İdarəsində baxılır.

Komitə sədri İlahiyyət məscidinin qeydiyyatı ilə bağlı deyib ki, bununla bağlı müraciət edilərsə, baxılacaq.

Xəbər lenti

Xəbər lenti