...

Azərbaycanda narkotik alveri ilə məşğul olan əcnəbilərə 26 il 6 ay həbs cəzası verilib

Cəmiyyət Materials 13 Yanvar 2010 16:59 (UTC +04:00)
Azərbaycanda narkotik alveri ilə məşğul olan Kamboca və Nigeriya vətəndaşlarına hökm oxunub.
Azərbaycanda narkotik alveri ilə məşğul olan əcnəbilərə 26 il 6 ay həbs cəzası verilib

Azərbaycan, Bakı, 13 yanvar / Trend , muxbir H.Bağırov/

Azərbaycanda narkotik alveri ilə məşğul olan KambocaNigeriya vətəndaşlarına hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Kamboca vətəndaşı Sak Makara 12 il və Nigeriya vətəndaşı Odex Emmanueli isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər 2009-cu il avqustun 2-də Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən həbs olunublar.

Onların Bakı şəhərində aldıqları narkotik vasitəni İstanbul şəhərində tranzit keçirməklə Çinə aparmalı olduğları müəyyən edilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərdən 4 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, küllü miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti