...

Azərbaycanda qaydasız döyüş üzrə Avropa mükafatçısına 10 il həbs cəzası verilib

Cəmiyyət Materials 18 Mart 2010 18:50 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı Azad Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda qaydasız döyüş üzrə Avropa mükafatçısına hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı Azad Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məmmədov Cinayət Məcəlləsinin dələduzluq (178.3.2-ci) maddəsi ilə ittiham olunub.

Məmmədov bu il aprelin 14-də Şəki rayonunun Qoxmuq kəndində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məmmədovun Qoxmuq kəndində yerləşən evində axtarış aparılan zaman evdən bir ədəd "Vinçester" tipli silah, bir ədəd "Tir" tüfəngi və qaz tapançası aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, Məmmədov Şəkilə Zeynalovanın 26 500, Gülnarə Yusifovanın 75 min və Sahibə Həsənovanın 22 min ABŞ dollarını alaraq mənimsəyib.

Məmmədov 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı olub.

Xəbər lenti

Xəbər lenti