...

Bakıda beynəlxalq mükafat qazanmış İsveçrə filmi nümayiş etdiriləcək

Cəmiyyət Materials 30 Mart 2010 16:06 (UTC +04:00)
İsveçrənin Bakıdakı səfirliyi Azərbaycanda beynəlxalq mükafat qazanmış "Ev" filminin nümayişini təşkil edəcək.
Bakıda beynəlxalq mükafat qazanmış İsveçrə filmi nümayiş etdiriləcək

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir S.Ağayeva/

İsveçrənin Bakıdakı səfirliyi Azərbaycanda beynəlxalq mükafat qazanmış "Ev" filminin nümayişini təşkil edəcək. Bu barədə səfirliyin məlumatında deyilir.

Filmin nümayişi Francophony həftəsi çərçivəsində keçiriləcək. Ursula Meyerin rejissoru olduğu "Ev" filmi 2009-cu ilin ən baxımlı filmlərindəndır. Kan festivalına təqdim olunan əsər tezliklə İsveçrədən kənarda da tamaşaçıların qəlbinə yol tapıb.

İsveçrənin QUARTZ 2009 film mükafatının üçqat laureatı olan bu film 30-dan artıq festivala dəvət alıb və "Un autre homme", "Der Freund" and "Fuori dalle corde" kimi beynəlxalq mükafatlara layiq görülüb.

Baş rolda tanınmış fransız aktrisa İzabelle Hüpper oynayır.

Flmdə evinin yaxınlığında açılan magistral yol sayəsində rahatlığı pozulan ailədən söhbət açılır.

Tədbir 2010-cu il aprel ayının 1-də, saat 18.30-da Bakının Muzey Mərkəzində təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti