...

Bakıda Avropa Yayım Şurasının Baş Assambleyası keçiriləcək

Cəmiyyət Materials 13 Aprel 2010 14:50 (UTC +04:00)
Avropa Yayım Şurasının 64-cü Baş Assambleyası iyulun 1-2-də onun üzvlərindən biri - Azərbaycan İctimai Televiziyasının dəvəti üzrə Bakıda keçiriləcək. İcraçı komitənin iclası, həmçinin, digər hazırlıq iclasları iyunun 30-da baş tutacaq, - bu barədə AYŞ-nin rəsmi saytında deyilir.
Bakıda Avropa Yayım Şurasının Baş Assambleyası keçiriləcək

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir M.Əliyev/

Avropa Yayım Şurasının 64-cü Baş Assambleyası iyulun 1-2-də onun üzvlərindən biri - Azərbaycan İctimai Televiziyasının dəvəti üzrə Bakıda keçiriləcək. İcraçı komitənin iclası, həmçinin, digər hazırlıq iclasları iyunun 30-da baş tutacaq, - bu barədə AYŞ-nin rəsmi saytında deyilir.

İştirakçılar və məruzəçilər qismində KİV sahəsində məşhur mütəxəssislərin iştirakı ilə yüksək səviyyədə iki iclasın keçirilməsi planlaşdırılır. Birliyin üzvlərinə öz iştirakını təsdiqləyən digər dəvətlilər və natiqlər haqqında müntəzəm olaraq məlumat veriləcək.

İctimai tədbirlər və keçirilən görüşlərlə əlaqədar və assambleya haqqında yeni məlumatlar, həmçinin, qeydiyyat forması haqqında məlumatı www.ebubaku2010.az. saytından əldə etmək olar.

İştirakçıların qeydiyyatının son tarixi iyunun 10-dur.

Xəbər lenti

Xəbər lenti