...

Ötən il Avropa Məhkəməsində qəbul edilmiş 4 qərarla Azərbaycan hökuməti 30 min 725 avro məbləğində cərimələnib

Cəmiyyət Materials 15 Aprel 2010 17:43 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə Avropa Şurasının Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Məhkəməsinin (Avropa Məhkəməsi) qərarlarının icrasına nəzarətlə bağlı üçüncü illik hesabatında məlumat verilib.
Ötən il Avropa Məhkəməsində qəbul edilmiş 4 qərarla Azərbaycan hökuməti 30 min 725 avro məbləğində cərimələnib

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ötən il Avropa Məhkəməsində qəbul edilmiş 4 qərarla Azərbaycan hökuməti 30 min 725 avro məbləğində cərimələnib.

Trend-in məlumatına görə, bu barədə Avropa Şurasının Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Məhkəməsinin (Avropa Məhkəməsi) qərarlarının icrasına nəzarətlə bağlı üçüncü illik hesabatında məlumat verilib.

Hesabatda qeyd olunub ki, 2009-cu ildə Nazirlər Komitəsi tərəfindən Azərbaycanla bağlı baxılmalı işlərin sayı 13 olub. Bu isə ölkə üzrə işlərin 81%-ni, ümumi işlərin isə 0,2%-ni təşkil edir.

2009-cu ildə Avropa İnsan Hüquqları Konvensiyasının pozuntusu aşkar olunan 1515 yeni qərar, onların icrasına nəzarət üçün Nazirlər Komitəsinə verilib. Bununla da icrasına nəzarət olunan işlərin sayı 7881-ə çatıb. 2009-cu ildə çıxarılan qərarlar üzrə qurbanlara ödənilməli kompensasiyanın dəyəri 54 milyon avrodur.

2009-cu ildə Avropa Məhkəməsində Türkiyə ilə bağlı qəbul olunan qərarların sayı 289, Rusiya ilə bağlı qəbul olunan qərarların sayı isə 268-dir. Əvəzin ödənilməsi üçün ən böyük məbləğ Moldova ilə bağlı qərarlar üzrə müəyyən olunan məbləğdir - 28 qərar üzrə 14 218 626 avro.

Hesabatda işlərin araşdırılmasının ləngiməsinə görə zərər çəkmiş qurbanlara kompensasiya verməklə və baxılacaq işləri sürətləndirməklə həddən artıq uzanan məhkəmə işləri üçün səmərəli müdafiə vasitələri haqqında yeni Tövsiyə 3 (2010) qəbul edildiyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti