...

Azərbaycanda məhkumların yaxın gələcəkdə İnternetə çıxış imkanı olmayacaq

Cəmiyyət Materials 7 May 2010 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/

Trend-in məlumatına görə, ədliyyə nazirinin müavini, nazirliyin Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov jurnalistlərə bildirib ki, qanunvericilik hazırda məhkumların internetdən istifadəsinə qadağa qoyur.

Lakin o, gələcəkdə məhkumlara belə bir imkanın yaradılacağını istisna etməyib.

"Hələlik bu məsələyə baxılmır. Bütün cəzaçəkmə müəssisələrində kompüter kursları təşkil olunub. Həmin kurslara cəlb edilmiş mütəxəssislər məhkumlara kompüterdə işləməyi öyrədir. Lakin hazırkı qanunvericilik məhkumların internetə çıxışına məhdudiyyət qoyur", - deyə nazir müavini bildirib.

Bir sıra Avropa ölkələrində bu təcrübədən istifadə olunur. Bu ölkələrin məhkumları internet vasitəsilə təhsil alır. Həmçinin, məhkumlar bundan öz ailələri ilə əlavə əlaqə vasitəsi kimi istifadə edə bilirlər.

Xəbər lenti

Xəbər lenti