...

Bu gün Oşdan növbəti azərbaycanlı evakuasiya olunacaq – səfirlik

Cəmiyyət Materials 18 İyun 2010 11:55 (UTC +04:00)
Azərbaycanın Qırğızıstandakı Səfirliyi bu gün Oşdan azərbaycanlının evakuasiya olunacağını gözləyir.
Bu gün Oşdan növbəti azərbaycanlı evakuasiya olunacaq – səfirlik

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Qırğızıstandakı Səfirliyi bu gün Oşdan azərbaycanlının evakuasiya olunacağını gözləyir.

Oş Dövlət Universitetinin məzunu Kərimov Sabir Məcid oğlu bu gün Azərbaycanın Bişkekdəki diplomatik missiyasına çatdırılacaq. Bu barədə Trend-ə cümə günü Azərbaycanın Qırğızıstandakı Səfirliyinin müşaviri İlqar Cabbarov məlumat verib.

Oş yerli hakimiyyəti, Qırğızıstanın yüksəkrütbəli şəxsləri hazırda təhlükəsiz yerdə olan Kərimovun evakuasiyasına yardım edəcəklərinə söz veriblər. Cabbarov bildirib ki, səfirlik onlarla daimi əlaqə saxlayır.

Kərimovun valideynləri övladlarının yeri barədə xahişlə səfirliyə müraciət ediblər və diplomatik missiya dərhal şəhər hakimiyyəti orqanları ilə əlaqə saxlayıb və onlar da onun yerini müəyyən ediblər.

Müşavir şikayət edib ki, bu və ya digər səbəblərdən ölkəyə gələn Azərbaycan vətəndaşları vaxtında səfirlikdə qeydiyyata düşmürlər və bu, fövqəladə vəziyyətlər zamanı diplomatik missiya üçün böyük problemlər yaradır. Onun sözlərinə görə, səfirlik qabaqcadan onların olduqları yeri bilmədiyindən, ciddi çətinliklərlə üzləşir.

Hazırda Azərbaycan Səfirliyi bundan əvvəl təhlükəli rayondan evakuasiya olunan iki azərbaycanlı tələbənin sənədlərini hazırlayır.

Təyyarə üçün biletlər alınan kimi, onlar Bakıya yola salınacaqlar.

Bundan əvəvl Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trend-ə bildirib ki, Qırğızıstanın Cəlalabad vilayətindən Bişkekə evakuasiya olunan 13 azərbaycanlı tələbədən üçü Azərbaycan, digərləri isə Gürcüstan vətəndaşlarıdır.

Qırğızıstanın Oş və Cəlalabad vilayətlərində, ümumilikdə, 600-ə yaxın azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti