...

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ATƏT-in konfransında iştirak edəcəkdir

Cəmiyyət Materials 27 İyun 2010 20:48 (UTC +04:00)

İyun ayının 28-30-da Qazaxıstanın paytaxtı Astana şəhərində "Dözümlülük və ayrı-seçkiliyə yol verilməməli" mövzusunda ATƏT-in yüksək səviyyəli konfransı keçiriləcəkdir. Bu barədə Dövlət Komitəsindən Trend-ə daxil olan məlumatda bildirilir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti konfransın işində iştirak etmək üçün Qazaxıstana yola düşmüşdür.

Xəbər lenti

Xəbər lenti