...

Gürcüstanda yaşayan azərbaycanlıların problemləri var - komitə sədri

Cəmiyyət Materials 5 İyul 2010 16:35 (UTC +04:00)
Gürcüstanda yaşayan azərbaycanlıların problemləri var, lakin bu, təkcə azərbaycanlıların problemi deyil.
Gürcüstanda yaşayan azərbaycanlıların problemləri var - komitə sədri

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir T.Hacıyev/

Gürcüstanda yaşayan azərbaycanlıların problemləri var, lakin bu, təkcə azərbaycanlıların problemi deyil. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

"Gürcüstanın ümumi sosial durumunu nəzərə alsaq, Azərbaycanın inkişaf templəri ilə müqayisədə oradakı soydaşlarımız müəyyən sosial problemlərlə qarşılaşırlar. Sosial problemlərin qısa müddətdə aradan qaldırılması mümkün deyil, ancaq psixoloji problemlərin qısa müddətdə aradan qaldırılmasına nail olacağıq", - İbrahimov deyib.

Onun sözlərinə görə, son illər bu sahəyə göstərilən diqqət, Azərbaycanın bir sıra təşklatlarının diqqəti və qayğısı nəticəsində azərbaycanlıların həyatında xüsusi keyfiyyət dönüşü var.

"Biz bir dövlət təşkilatı olaraq oradakı soydaşlarımıza qayğı göstəririk. Onların da Gürcüstanın həyatında aktiv iştirak etmələri üçün şərait yaradırıq. Bu sahədə onlara yardımçı oluruq", - İbrahimov əlavə edib.

Komitə sədri Gürcüstanda Heydər Əliyev Fondu tərəfindən görülən işlərdən də danışıb.

"Heydər Əliyev Fondunun Gürcüstanda olan azərbaycanlılara diqqətini qeyd etmək istərdim. Fond bu sahədə çox aktiv fəaliyyət göstərir. Çoxlu məktəblər təmir olunur, ictimai obyektlər tikilib istifadəyə verilir. Bu kömək azərbaycanlıları daha da ruhlandırır. Azərbaycanlılar üzərlərində xüsusi bir diqqətin olduğunu görürlər", - İbrahimov bildirib.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda yarım milyon soydaşımız yaşayır.

Xəbər lenti

Xəbər lenti