...

Azərbaycan xarici vətəndaşlar üçün cəlbedici ölkəyə çevrildiyindən, miqrasiya proseslərinə nəzarət gücləndirilir - Prezident Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 29 Sentyabr 2010 12:27 (UTC +04:00)
Azərbaycan xarici vətəndaşlar üçün cəlbedici ölkəyə çevrildiyindən, miqrasiya proseslərinə nəzarət gücləndirilir
Azərbaycan xarici vətəndaşlar üçün cəlbedici ölkəyə çevrildiyindən, miqrasiya proseslərinə nəzarət gücləndirilir - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan xarici vətəndaşlar üçün cəlbedici ölkəyə çevrildiyindən, miqrasiya proseslərinə nəzarət gücləndirilir, - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.

"Azərbaycanın iqtisadi inkişafı, ölkədəki ictimai-siyasi sabitlik, Azərbaycan xalqının tolerantlığı və digər faktorlar xarici vətəndaşlar üçün Azərbaycanı cəlbedici ölkəyə çevirir. Bunun üçün də biz miqrasiya proseslərinə nəzarəti gücləndiririk", - Ələsgərov deyib.

PA rəsmisinin sözlərinə görə, miqrasiya sahəsində müvafiq mexanizmlər, müstəqil miqrasiya məlumat sistemi yaradılıb, idarələrarası avtomatlaşdırılmış çıxış, giriş və qeydiyyat sisteminin təkmilləşdirilməsi istiqamətində iş davam etdirilir.

O qeyd edib ki, Azərbaycan bu istiqamətdə fəaliyyətini daha da təkmilləşdirəcək.

Xəbər lenti

Xəbər lenti