...

Avropada təhsil almaq istəyən gənc Azərbaycan alimləri doktoranturaya imtahanların nəticələri üzrə seçiləcək

Cəmiyyət Materials 29 Sentyabr 2010 18:21 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Avropanın elmi mərkəzlərində təhsilini davam etdirəcək gənc alimlərin seçilməsi haqqında əsasnamə hazırlayacaq.
Avropada təhsil almaq istəyən gənc Azərbaycan alimləri doktoranturaya imtahanların nəticələri üzrə seçiləcək

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Avropanın elmi mərkəzlərində təhsilini davam etdirəcək gənc alimlərin seçilməsi haqqında əsasnamə hazırlayacaq. Bu qərar AMEA-nın Rəyasət Heyətinin çərşənbə günü keçirilən iclasında qəbul edilib.

"Avropanın elmi mərkəzlərində təhsil almaq üçün gənc alimlərin seçilməsi doktoranturaya imtahanların nəticələri üzrə aparılmalıdır", - iclas zamanı AMEA prezidenti Mahmud Kərimov deyib. Bu təşəbbüsü Rəyasət Heyətinin üzvləri dəstəkləyiblər.

Kərimovun sözlərinə görə, seçim zamanı gənc alimlərin qarşılaşdıqları əsas problemlərdən biri xarici dil bilməmələri ilə bağlıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin "AMEA-nın gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" sərəncamına əsasən, 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min (beş yüz min) manat məbləğində vəsait ayrılıb.

AMEA ilin əvvəlində xaricdə təhsillərini davam etdirmək üçün 10 alim seçib.

Xəbər lenti

Xəbər lenti