...

Azərbaycanın gənclər və idman naziri Meksikada səfərdədir

Cəmiyyət Materials 20 Oktyabr 2010 13:26 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Meksikanın Akapulko şəhərində keçirilən Milli Olimpiya Komitəsi Assosiasiyasının XVII Baş Assambleyasında iştirak edirlər.
Azərbaycanın gənclər və idman naziri Meksikada səfərdədir

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Meksikanın Akapulko şəhərində keçirilən Milli Olimpiya Komitəsi Assosiasiyasının XVII Baş Assambleyasında iştirak edirlər. Bu barədə nazirlikdən verilən məlumatda deyilir.

Assambleyada dopinqlə mübarizə, peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu və digər məsələlər müzakirə olunur.

Azərbaycan gənclər və idman nazirinin Baş Assambleyada iştirakı çərçivəsində digər ölkələrin rəsmi şəxsləri ilə görüşü planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti