...

Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilova fəxri diplom təqdim edilib

Cəmiyyət Materials 27 Dekabr 2010 12:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilova verilən fəxri diplom bu gün təqdim edilib.
Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilova fəxri diplom təqdim edilib

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilova verilən fəxri diplom bu gün təqdim edilib.

Trendin məlumatına görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bazar ertəsi baş tutan təqdimat mərasimində çıxış edən komitə sədri Hidayət Orucov bildirib ki, fəxri diplom İxilova xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə verilib.

Orucov qeyd edib ki, Bakıda dağ yəhudiləri üçün sinaqoq tikilib.

"Bu, dövlətin vicdan azadlığının təmin olunmasına, din xadimlərinə münasibətinin göstəricisidir", - komitə sədri əlavə edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə isə çıxışında deyib ki, İxilova verilən fəxri diplom tək ona deyil, tolerantlığa, vicdan azadlığına, dindarlara verilən qiymətdir. QMİ sədri ölkə dindarlarına verdiyi qiymətə görə Azərbaycan Prezidentinə təşəkkür edib.

İxiilov isə çıxışında bildirib ki, Prezident İlham Əliyev Azərbaycanda yaşayan xalqların ədəbiyyatını, yaşam tərzini yaxşı bilir.

"Bu diplom Azərbaycanın ictimai-siyasi həyatında rolu olan bir xalqa verilib. Azərbaycan yeganə dövlətdir ki, ərazisində dövlət hesabına böyük sinaqoq tikilib. Xalqımıza verilən bu qiymətə görə ölkə Prezidentinə minnətdarıq", - İxiilov əlavə edib.

Dekabrın 11-də Azərbaycan Prezidentinin sərəncamı ilə Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilova fəxri diplom verilib.

Xəbər lenti

Xəbər lenti