...

Ukraynanın Dnepropetrovsk şəhərində Novruz bayramı qeyd olunub

Cəmiyyət Materials 23 Mart 2011 10:51 (UTC +04:00)
Dnepropetrovsk şəhərində ilk dəfə olaraq Novruz bayramı mərkəzi meydanda qeyd olunub .
Ukraynanın Dnepropetrovsk şəhərində Novruz bayramı qeyd olunub

Azərbaycan, Bakı, 23 mart /Trend/

Dnepropetrovsk şəhərində ilk dəfə olaraq Novruz bayramı mərkəzi meydanda qeyd olunub .

Trend-in məlumatına görə, Dnepropetrovsk Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk vilayət təşkilatının birgə təşəbbüsü ilə ilk dəfə olaraq Dnepropetrovsk şəhərinin mərkəzi meydanında Novruz bayramı qeyd olunub.

Bayram şənliyini Dnepropetrovsk Azərbaycanlılar Konqresinin sədri Qüdrət Hacıyev və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk vilayət təşkilatının sədri Elza Bəkirova açaraq baharın gəlişi münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər.

Ailəlikcə novruz şənliyinə qatılan Dnepropetrovsk şəhərinin meri İvan Kluçenko ilk dəfə olaraq Dnepropetrovs şəhərinin mərkəzində belə bir füsünkar bayram şənliyinin keçirilməsini n yerli əhali tərəfindən rəğbətlə qarşılandığını bildirib , b u əziz gündə Azərbaycan xalqına xoş və səmimi arzularını çatdırıb.

Bayram şənliyində milli rəqs və mahnı ansambllarının rəngarəng çıxışları, tonqal ətrafında Novruz adət-ənənələrinin nümayiş olunması tədbiri seyr edən ukraynal ı lar da maraqla qarşılanıb .

Xəbər lenti

Xəbər lenti