...

Azərbaycanda jurnalistlərin kütləvi aksiyaları işıqlandırmalarının monitorinqi aparılacaq

Cəmiyyət Materials 29 Mart 2011 17:50 (UTC +04:00)
Jurnalistlərin kütləvi aksiyaları işıqlandırmalarının monitorinqi aparılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Mətbuat Şurasından məlumat verilib.
Azərbaycanda jurnalistlərin kütləvi aksiyaları işıqlandırmalarının monitorinqi aparılacaq

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir K.Zərbalıyeva/

Jurnalistlərin kütləvi aksiyaları işıqlandırmalarının monitorinqi aparılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Mətbuat Şurasının nəzdində jurnalistlərdən və hüquq-mühafizə orqanlarının təmsilçilərindən ibarət qrupun fəaliyyəti bərpa olunacaq.

Mətbuat Şurası martın 26-da "Azadlıq" qəzetinin əməkdaşı Seymur Həziyevlə əlaqədar insidentin araşdırılması üçün daxili işlər naziri Ramil Usubova müraciət ünvanlamışdı. Martın 28-də Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov DİN-də nazir Usubovla görüşüb.

Görüşdə həmin monitorinqin aparılması məqsədilə vaxtilə Mətbuat Şurasının nəzdində yaradılmış, jurnalistlərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrupun fəaliyyətinin bərpası barədə də razılığa gəlinib.

Görüşdə jurnalistlərin kütləvi aksiyalar zamanı peşə vəzifəsini yerinə yetirmələri üçün onlara zəruri şəraitin yaradılmasının vacibliyi vurğulanıb.

Bildirilib ki, icazəli, yaxud icazəsizliyindən asılı olmayaraq KİV təmsilçilərinin bütün aksiyalara üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə qatılmaları məqsədəuyğundur.

Fərqləndirici geyimdə olan jurnalistlər hər hansı insidentlə, yaxud maneələrlə üzləşdiyi təqdirdə, monitorinq qrupu bu halla bağlı operativ araşdırmaların aparılmasını və zəruri ölçü götürülməsini təmin edəcək.

Xəbər lenti

Xəbər lenti