...

Azərbaycan hidrometeoroloqları anomal hava şəraiti ilə bağlı açıqlama yayıblar

Cəmiyyət Materials 22 Aprel 2011 11:56 (UTC +04:00)
Azərbaycan hidrometeoroloqları anomal hava şəraiti ilə bağlı açıqlama yayıblar
Azərbaycan hidrometeoroloqları anomal hava şəraiti ilə bağlı açıqlama yayıblar

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hidrometeoroloqları anomal hava şəraiti ilə bağlı açıqlama yayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 22-dən 23-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, havanın gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah fasilələrlə yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədova cümə günü Trend-ə bildirib ki, aprelin 24-də Bakıda havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında 11-16 dərəcə isti təşkil edəcək.

Bazar günü bölgələrdə havanın gün ərzində əsasən yağmursuz olacağı, gecə və axşam bəzi yerlərdə qısa müddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Temperaturun gündüz saatlarında Mərkəzi Aran rayonlarında 14-19, dağlarda 5-10 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır.

Şöbə müdiri bildirib ki, şimaldan hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədar hava şəraiti dəyişib, temperatur 5-10 dərəcə aşağı düşüb, güclü şimal küləyi müşahidə edilib.

Məmmədova deyib ki, aprel ayında temperatur iqlim normasından 1,5 dərəcə aşağı olub.

Xəbər lenti

Xəbər lenti