...

Azərbaycanda jurnalistlərin korrupsiya ilə bağlı verdiyi məlumatlar araşdırılır - Prezident Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 11 May 2011 11:30 (UTC +04:00)
Azərbaycanda jurnalistlərin korrupsiya ilə bağlı verdiyi məlumatlar araşdırılır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Azərbaycanda jurnalistlərin korrupsiya ilə bağlı verdiyi məlumatlar araşdırılır - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda jurnalistlərin korrupsiya ilə bağlı verdiyi məlumatlar araşdırılır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Dövlət qurumlarının fəaliyyəti ilə bağlı mətbuatda açıqlanan məlumatlar həm Prezident Administrasiyasında, həm də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və müvafiq hüquq-mühafizə orqanlarında araşdırılır", - Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, əgər bunun nəticəsi haqqında mətbuata, cəmiyyətə birbaşa açıqlama verilmirsə, o demək deyil ki, onlar araşdırılmır. "Onlar araşdırılır və müvafiq tədbirlər görülür. Araşdırmanın nəticəsi haqqında məlumat yalnız məhkəmədən sonra müəyyən olunur - onun dəqiqliyi yoxlanılır və cavab verilir", - Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti