...

Azərbaycanda 3 minə yaxın İİV-ə yoluxmuş şəxs rəsmi qeydiyyata alınıb

Cəmiyyət Materials 14 May 2011 12:43 (UTC +04:00)
Son 24 ildə Azərbaycanda 2909 nəfər İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxmuş şəxs rəsmi qeydiyyata alınıb.
Azərbaycanda 3 minə yaxın İİV-ə yoluxmuş şəxs rəsmi qeydiyyata alınıb

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İsabalayeva/

Son 24 ildə Azərbaycanda 2909 nəfər İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxmuş şəxs rəsmi qeydiyyata alınıb. Trend-in məlumatına görə, bunu şənbə günü Respublika QIÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova QİÇS-dən vəfat etmiş insanların ümumdünya Xatirə Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, 1987-ci ildən indiyə qədər İİV-ə yoluxmuş insanların 2805 nəfəri Aərbaycan vətəndaşı, 104-ü əcnəbidir.

"Bu dövr ərzində Azərbaycanda 387 nəfər QİÇS-dən (qazanılmış immun çatışmazlığı sindromu) dünyasının dəyişib. Onların 342-si kişi, 45-i qadındır. QİÇS-dən ölən Azərbaycan vətəndaşları arasında 30-39 (181 nəfər) və 40-49 yaşda (134 nəfər) olanların sayı üstünlük təşkil edir. Hazırda İİV-ə yoluxanların 787 nəfəri QİÇS mərhələsindədir", - Qədirova əlavə edib.

O, bildirib ki, son 4 ildə Azərbaycanda İİV-ə yoluxma vəziyyətində stabilləşmə var. "Lakin azalma baş verməyib. Son 4 ildə hər il 450 nəfər qeydiyyata alınıb. Bu il isə mayın 1-nə qədər 186 nəfər qeydiyyata alınıb. Azərbaycanda hazırda 1 201 ailədə İİV problemi var. Ölkə üzrə virusa yoluxma halına daha çox Şirvan - Hacıqabulda rast gəlinir. Sonrakı yerlərdə isə Lənkəran, Sumqayıt, Astara, Yevlax, Xızı, Mingəçevir, Masallı, Kürdəmir, Göyçay, Bakı-Abşeron, Siyəzən və Gəncə dayanır", - Qədirova deyib.

Xəbər lenti

Xəbər lenti