Azərbaycan, Bakı, 18 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Mətbuat Şurası "Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi" layihəsinin icrasına başlayıb.
Şuradan Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı çərçivəsində həyata keçirilən layihənin müddəti 4 aydır.
Bu müddətdə ölkənin tanınan, ictima fikrə təsir göstərən KİV-lərindəki materiallar dil xüsusiyyətləri baxımından nəzərdən keçiriləcək və hər ayın sonunda bununla bağlı müzakirə təşkil olunacaq.
Layihə çərçivəsində həmçinin monitorinqin nəticələrinin hər ay açıqlanması və sonda mövzu ilə bağlı ümumrespublika konfransının təşkili nəzərdə tutulur.