...

Azərbaycan filmi "Zolotoy Pektoral" kinofestivalında mükafata layiq görülüb

Cəmiyyət Materials 6 İyun 2011 15:43 (UTC +04:00)
Ukraynanın Truskavets şəhərində keçirilən "Zolotoy Pektoral" kinofestivalında Azərbaycan filmi "Operator işi" mükafatına layiq görülüb.
Azərbaycan filmi "Zolotoy Pektoral" kinofestivalında mükafata layiq görülüb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Ukraynanın Truskavets şəhərində keçirilən "Zolotoy Pektoral" kinofestivalında Azərbaycan filmi "Operator işi" mükafatına layiq görülüb. Bunu Trend-ə bazar ertəsi Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.

"Sahə" adlanan həmin bədii film "Nərimanfilm" kinostudiyasında çəkilib.

İyunun 2-dən 5-dək keçirilən festivalda Ukrayna, Rusiya, Gürcüstan, Kuba, Latviya, Argentina, Fransa və Azərbaycanın istehsalı olan filmlər nümayiş etdirilib.

Festivalda iştirak edən Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Yegana Qafqazlı filmin rejissoru İlqar Safatla görüşərək ona yaradıcılıq uğurları arzulayıb.

Xəbər lenti

Xəbər lenti