...

Azərbaycan Ombudsmanı daxili işlər nazirinə müraciət edib

Cəmiyyət Materials 21 İyun 2011 14:35 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları iyunun 19-da keçirilmiş qanunsuz aksiya zamanı saxlanılan şəxslərlə görüşmək məqsədilə Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə başçəkmə həyata keçiriblər.
Azərbaycan Ombudsmanı daxili işlər nazirinə müraciət edib

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsman Aparatının əməkdaşları iyunun 19-da keçirilmiş qanunsuz aksiya zamanı saxlanılan şəxslərlə görüşmək məqsədilə Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, məntəqədə 5 nəfər aksiya iştirakçısı saxlanılır.

Əhmədov Elçin Nəsib oğlu, Abbasov Vahid Cəlil oğlu, Carçıyev Orxan Nəriman oğlu, Məmmədov Qafqaz Süleyman oğlu 5 gün müddətinə, Baxışov Ramil İldırım oğlu isə 3 gün müddətinə inzibati qaydada həbs ediliblər. Saxlanılan şəxslər orada saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər.

Eyni zamanda, onlardan 2-si aksiya zamanı polis avtomobilinə mindirilərkən kobud rəftara məruz qaldıqlarını bildiriblər.

Ombudsman Elmira Süleymanova daxili işlər nazirinə məktubla müraciət edərək, başçəkmə zamanı saxlanılmış şəxslərdən alınmış məlumatların yoxlanılmasını, qanun çərçivəsində tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Xəbər lenti

Xəbər lenti