...

Azərbaycanda III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticəsi açıqlanıb

Cəmiyyət Materials 5 İyul 2011 20:01 (UTC +04:00)
2011/2012-ci tədris ili üçün III ixtisas qrupu üzrə Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə iyulun 3-də keçirilən qəbul imtahanlarının nəticəsi açıqlanıb
Azərbaycanda III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticəsi açıqlanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci tədris ili üçün III ixtisas qrupu üzrə Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə iyulun 3-də keçirilən qəbul imtahanlarının nəticəsi açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nın (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, nəticələr www.tqdk.gov.az saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə bilərlər.

Bütün ixtisas qrupları üzrə abituriyentlər qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə ixtisas seçimi aparacaqlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.

III qrup üzrə 32 869 abituriyent ərizə verib. Amma onların 1813-ü imtahana gəlməyib, 29 nəfər isə köçürməyə cəhd göstərdiyi üçün imtahandan xaric edilib.

Azərbaycanda ali və orta ixtisas məktəblərinə növbəti qəbul imtahanı 1-ci qrup üzrə iyulun 10-da, 4-cü qrup üzrə iyulun 16-da, 2-ci qrup üzrə isə iyulun 22-də keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəkidə təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti